Yaponiyanın Baş naziri rüsumlara görə ABŞ-yə gedir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın baş naziri Şigeru İsiba bəyan edib ki, Yaponiyadan gətirilən mallara tətbiq edilən gömrük rüsumları məsələsini həll etmək üçün tezliklə ABŞ-yə səfər etməyə hazırlaşır.

O, parlamentin yuxarı palatasının büdcə komitəsinin iclasında bildirib ki, yaranmış vəziyyətdə sadəcə "xahiş edirik" demək kifayət deyil, əhatəli təkliflər paketi təqdim edilməlidir. İclasın yayımı parlamentin saytında gedir.

İsiba baş verənləri milli böhran adlandırıb. "Bu, arzuolunmaz bir vəziyyətdir və son dərəcə təəssüf doğurur", - deyə baş nazir bildirib və əlavə edib ki, Yaponiyaya qarşı rüsumların azaldılması üçün qətiyyətlə mövqe bildirməlidir.

Yaponiyanın baş naziri ABŞ prezidenti Donald Trampla danışıqlar aparmağa hazır olduğunu da vurğulayıb. "Bu məsələdə gecikmə olmayacaq", - deyə İsiba qeyd edib.

Qeyd edək ki, Trampın sərəncamına əsasən, Yaponiyadan idxal olunan məhsullara 24% rüsum tətbiq ediləcək. Bundan əlavə, ABŞ prezidenti minik avtomobilləri, yüngül yük maşınları və avtomobil ehtiyat hissələrinin idxalına 25%-lik gömrük rüsumları tətbiq olunmasını əmr edib.

Bundan əvvəl məlumat verilmişdi ki, alimlər Trampın rüsum formulunda riyazi səhv aşkar ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31