Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini kəskin endirir- ÖZƏL
7 Aprel 2025 10:34 DünyaSəudiyyə Ərəbistanı may ayında Asiyaya ixrac olunan bütün neft növlərinin qiymətini 2,30 dollar azaldacaq. Bu, 2022-ci ilin oktyabr ayından bəri qeydə alınan ən böyük endirim hesab olunur. Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat verib.
Məlumata görə, dövlətə məxsus "Saudi Aramco" şirkəti əsas neft növü olan Arab Light-ın qiymətini ardıcıl dördüncü ayda aşağı salacaq. Bu da onun minimum səviyyəyə enməsi deməkdir. Arab Light nefti Omanın və Dubayın neft səbətindən 1,2 dollar baha başa gələcək.
Digər regionlara gəlincə, ABŞ üçün bütün növ neftlərin qiyməti 0,2 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionları üçün isə 0,5 dollar azaldılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31