Tramp: “Bazarların düşməsini istəmirəm, amma bəzən dərman içmək lazımdır” – ÖZƏL
7 Aprel 2025 10:28 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp fond bazarlarının mümkün reaksiyası ilə bağlı çıxışında bildirib ki, bazarların enməsini arzulamasa da, bəzən problemlərin həlli üçün "dərman içmək" vacib olur.
"İstəmərəm ki, nəsə düşsün, amma bəzən nəyisə düzəltmək üçün dərman içmək lazımdır. Bazarların vəziyyəti necə olacaq - deyə bilmərəm. Amma ölkəmiz çox daha güclüdür", - deyə Tramp qeyd edib.
O, həmçinin bildirib ki, Çinlə ticarət balansı problemi həll olunmadığı halda, Pekinlə razılaşma imzalamayacaq:
"Əgər biz bu problemi həll etməsək, o zaman mən heç bir razılaşma imzalamayacağam", - deyə Tramp vurğulayıb.
Trampın sözlərinə görə, administrasiyasının tətbiq etdiyi tariflərlə bağlı Avropa və Asiya liderləri ilə danışıb və onların razılaşma istəklərinin yüksək olduğunu bildirib:
"Çoxlu liderlərlə danışdım - avropalılarla, asiyalılarla, dünyanın hər yerindən. Onlar razılaşma bağlamaq üçün can atırlar, amma mən onlara dedim ki, sizinlə ticarət balansımızda kəsir olmayacaq. Mənim üçün kəsir - itki deməkdir", - deyə Tramp əlavə edib.