Tramp: "Bunu əldə etmək üçün ölürlər"
7 Aprel 2025 10:02 DünyaABŞ Prezidenti Donald Tramp həftə sonu Avropa və Asiya liderləri ilə Birləşmiş Ştatların rüsumları ilə bağlı danışıqlar apardığını deyib.
Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırıb.
"Mən bir çox Avropa və Asiya liderləri ilə danışmışam. Onlar ticarət razılaşması əldə etmək üçün ölürlər", - ABŞ lideri bildirib.
Donald Tramp deyib ki, xarici liderlər ticarət kəsirini aradan qaldırmaq məqsədilə ABŞ-ın tətbiq etdiyi tarifləri ləğv etmək üçün "irihəcmli pullar" ödəməli olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31