Marin Le Pen Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək- ÖZƏL
2 Aprel 2025 12:29 DünyaOlaylar.az xəbər verir ki, Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen məhkəmə hökmü ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) və Fransanın Konstitusiya Şurasına müraciət edəcəyini bildirib.
Le Pen, məhkum edilməsi və növbəti prezident seçkilərində iştirak hüququndan məhrum edilməsi ilə bağlı qərara qarşı bütün hüquqi imkanlardan istifadə edəcəyini vurğulayıb.
"Mən Avropa İnsan Haqları Məhkəməsinə və Fransanın Konstitusiya Şurasına müraciət edəcəyəm. Bütün hüquqi müdafiə vasitələrindən istifadə edəcəyəm. Geri çəkilməyəcəyəm", - deyə siyasətçi Le Parisien qəzetinə müsahibəsində bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31