Netanyahudan “Mossad”a sensasion tapşırıq – Siyahıda bu ölkələr var

"İsrailin Baş naziri Benyamin Netanyahu "Mossad"a Qəzzadakı fələstinliləri qəbul etməyə razılaşan ölkələri tapmağı tapşırıb".

Globalinfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi bildirib.

Analoji danışıqların artıq Somali, Cənubi Sudan, İndoneziya və digər ölkələrlə də aparıldığına xəbərlər dərc olunur.

İsrail Baş nazirinin ofisi sözügedən məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatlar nəticəsində dağılmış Qəzzanı bərpa etmək üçün buradan iki milyon fələstinlinin köçürülməsini təklif edib. Təklif çoxlu sayda fələstinlini minlərlə kilometr uzaqlıqdakı ölkələrə köçürməyin yollarını axtaran Netanyahu tərəfindən dəstəklənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31