Avropa Ukraynaya qoşun göndərməyəcək
27 Mart 09:23 DünyaAvropa ölkələri tədricən Ukraynaya qoşun göndərmək ideyasından imtina edərək Kiyevə dəstəyin alternativ variantlarına üstünlük verirlər.
Globalinfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Onlar (Avropa ölkələri - red.) quru qoşunlarının [göndərilməsi ideyasından] uzaqlaşırlar və daha ağlabatan bir şeyə gəlmək üçün etdiklərini yenidən düşünməyə çalışırlar", - avropalı diplomat anonim şərtlərlə agentliyə bildirib.
Onun sözlərinə görə, Ukrayna daha əlverişli vəziyyətdə olduğu zaman qoşun göndərmək ideyası cəlbedici idi.
"Amma indi, yerdəki belə bir vəziyyətlə və ABŞ-nin belə bir administrasiyası ilə, bu çox yaxşı deyil", - digər rəsmi şəxs vurğulayıb.
Mənbələr qeyd ediblər ki, Kiyevin vəziyyəti və Vaşinqtonun mövqeyindən əlavə, Avropa qoşunlarının göndərilməsi təşəbbüsünə Rusiya tərəfindən sərt müqavimət və logistik məhdudiyyətlər mane olur.
Onlar həmçinin izah ediblər ki, bu planlardan uzaqlaşmaq o demək deyil ki, ayrı-ayrı ölkələr təlim və digər dəstək üçün Ukraynada əsgərlər yerləşdirməyəcəklər.
Qeyd edək ki, Roma öz qoşunlarını Ukraynaya göndərməyəcəyi, ölkənin hərbi missiyada iştirakı nəzərdə tutulmadığı bildirilib.