Paşinyandan gözlənilməz kapitulyasiya ETİRAFI : “Bakı ermənilər üçün…”

"Müxalifətin sözlərindən belə başa düşülür ki, Bakı ermənilərin ən böyük müdafiəçisidir. Çünki bizim Azərbaycan bütün tələblərini qəbul edib sülh sənədinə saldığımızı deyirlər. Sazişin mətni isə Ermənistan dövlətinin maraqlarına uyğundur".

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 26-da parlamentdəki çıxışı zamanı deyib.

O, sülh sazişin müxtəlif aspektlərdən fərqli şəkildə qəbul edildiyini söyləyib:

"Bizim standartlarımız nədir, necədir? Müqavilənin müddəalarını, təhlükəsizlik təminatını nə ilə müqayisə edirik? Məsələyə tarixi Ermənistan prizmasından yanaşsaq, bəli, bunun güzəşt, kapitulyasiya olduğunu deyə bilərik. Amma söhbət ölkənin suverenliyinin müdafiəsindən gedirsə, xeyr heç nə güzəşt edilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31