Novruzun Türkiyədə rəsmi bayram elan edilməsinin tərəfdarıyıq - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Novruzun Türkiyədə rəsmi bayram elan ediləcəyinə ümid etdiyini bildirib.

Bu barədə Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə deyib.

Türkiyə prezidenti yazın gəlişi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə diqqət çəkib.

"Bu dəfəki Novruz ölkəmizdə xüsusi şənlik şəraitində qeyd olunub. Biz Novruzun Türkiyədə rəsmi bayram elan edilməsinin tərəfdarıyıq", - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti cəmiyyətdə qardaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində səylərindən imtina etməyəcək.

"Nifrət və kin toxumu səpən qüvvələrin hiylələrinə baxmayaraq, Novruz Türkiyənin 85 milyonluq xalqının birliyi üçün yeni ümidlərin simvolu olaraq qalmağa davam edəcək", - deyə R.T.Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31