ABŞ onları “qara siyahı”dan çıxardı
23 Mart 17:03 DünyaABŞ Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin yeri barədə məlumat verən üçün nəzərdə tutulan 10 milyonluq mükafatı ləğv edib.
Bu barədə "Ariana News" mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, onun qohumları Əbdüləziz Hakkani və Yəhya Hakkaninin adları da ABŞ-nin "qara siyahı"sından çıxarılıb.
Xatırladaq ki, ABŞ Hakkaninin yaratdığı şəbəkənin üzvlərini Əfqanıstanda ABŞ hərbi və NATO koalisiya qüvvələrinə qarşı hücumların koordinasiyasına və iştirakına görə axtarış verib. /"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31