Makron dərhal istefa verməlidir! – Filippot

Fransa Prezidenti Emmanuel Makrona qarşı impiçment prosesinə başlamaq təşəbbüsü irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, müəllif Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippot olub.

O, Makronun Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərilməsinin zəruriliyi ilə bağlı fikirlərindən sonra bu qərara gəlib.

"Bu adam təhlükəlidir. Çox gec olmadan Makronu dayandırmalıyıq", - deyə Filippot bildirib.

Qeyd edək ki bundan əvvəl Makron Avropa İttifaqı ölkələrinin Rusiyanın əvvəlcədən razılığı olmadan Ukrayna ərazisinə sülhməramlı qüvvələr yerləşdirə biləcəyini açıqlayıb. "Müvafiq plan artıq hazırlığın son mərhələsindədir", - deyə Fransa prezidenti vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31