İmamoğlunun həbsi lirəyə təsir etmədi – Son məzənnə

Türkiyədə dollar 19 martda kəskin bahalaşandan sonra hazırda 38 lirə səviyyəsində sabitləşib.

Axar.az xəbər verir ki, qardaş ölkədə dollar 37,83, avro isə 41,07 lirəyədir.

Qeyd edək ki, 19 martda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından dərhal sonra dollar tarixi maksimuma qalxmış və 40 lirəni keçmişdi. Daha sonra Türkiyə Mərkəzi Bankının birjalara milyardlarla dollar çıxarması ilə lirə yenidən dəyər qazanmağa başladı.

Bu gün Ə.İmamoğlu barəsində həbs qərarı verilsə də, lirənin məzənnəsində dəyişiklik yoxdur.

Qeyd edək ki, İmamoğlu həbs edilməzdən öncə dollar 36,6 lirə civarında idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31