Ukraynada atəşkəslə bağlı vacib xəbər – Tarix açıqlandı

Ukrayna müharibəsində atəşkəslə bağlı tarix açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə "Blomberq" mənbələrə istinadən məlumat yayıb.

"ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq niyyətindədir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın komandası vaxtın dəyişə biləcəyini deyir", - deyə agentlik bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı Ukrayna ABŞ-ın 30 günlük atəşkəs haqqında təklifini qəbul etməyə və davamlı sülhün bərpası istiqamətində addımlar atmağa razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31