Təyyarə küçədə insanlara çırpıldı - Ölənlər və yaralılar var

Braziliyanın San-Paulo şəhərində təyyərə izdihamlı küçəyə çırpılıb.

Olaylar.az bildirir ki, bu barədə Braziliya KİV-ləri məlumat verir.

Məlumata görə, adisə San-Paulo şəhərinin qərbində yerləşən Barra Funda rayonunda baş verib. Kiçik mühərrikli "King Air F90" təyyarənin qəzaya uğraması nəticəsində azı 2 nəfər həlak olub, altı nəfər yaralanıb.

"King Air F90" təyyarəsi 1981-ci ildə istehsal olunub və tutumu səkkiz nəfərdən ibarətdir. Qəzaya uğramış təyyarə bugün səhər saatlarında Kampo de Marte aeroportundan havaya qalxmışdı.

Hal şahidləri pilotun qəza enişi etməyə çalışdığını, lakin yol boş olmadığından avtobusa çırpıldığını və alova büründüyünü bildirib. Hadisə yerinə yağınsöndürənlər və tibbi işçiləri səfərbər olunub.

Qəzanın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31