Rusiya səfiri: “Niderlandın yeni sanksiya nəzarət ofisi heç nəyi dəyişdirməyəcək” – ÖZƏL
16:06 DünyaNiderlandın Rusiya əleyhinə sanksiyalara nəzarət etmək üçün Mərkəzi Hesabat Ofisi yaratmaq niyyəti prosesə heç bir yenilik gətirməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Haaqadakı səfiri və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatındakı daimi nümayəndəsi Vladimir Tarabrin "RIA Novosti"yə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Niderland Avropa İttifaqının qanunsuz sayılan anti-Rusiya sanksiyalarının həyata keçirilməsində ön sıralarda yer alır. O, Rusiyadan enerji resurslarının idxalına qoyulan embarqonu xatırladaraq vurğulayıb ki, Niderlandda sanksiyaları pozmaqda ittiham olunan şəxslər hətta həbs cəzası alır.
Tarabrinin fikrincə, Niderland Xarici İşlər Naziri Kaspar Veldkampın sanksiyalara nəzarəti gücləndirmək üçün yeni bir qurum yaratmaq təklifi mövcud vəziyyətə ciddi təsir etməyəcək.