ABŞ-də kütləvi işdən çıxarmalar– ÖZƏL
16:05 DünyaOlaylar.az xəbər verir ki, Donald Trampın prezidentliyə başlaması ilə ABŞ-də bürokratiya sistemində böyük dəyişikliklər baş verdi. Onun rəhbərliyi altında, "dərin dövlət" adlandırılan Vaşinqton bürokratiyası ilə mübarizə məqsədilə kütləvi işdən çıxarmalar başladı. Trampın təklif etdiyi şərtlərlə 40 min məmur istefa etdi, xüsusilə USAID və FBI-də islahatlar həyata keçirildi.
Təmizləmələr nəticəsində ABŞ hökuməti 1 milyard dollar qənaət etməyə başladı və məqsəd bu rəqəmi 3-5 milyard dollara çatdırmaqdır. Korrupsiya və israfçılıqla mübarizə aparılaraq federal idarələrdə ciddi dəyişikliklər edildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31