Peskov: Rusiya Bakıdakı Rus Evinin bağlanmasından narazıdır – ÖZƏL

Rusiya, Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılmasından məyus olduğunu bildirir. 

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, RİA Novosti-yə verdiyi açıqlamada, bu məsələnin ikitərəfli əlaqələr vasitəsilə həll edilə biləcəyini düşündüklərini söyləyib.

Əvvəlcə, Azərbaycandan Rusiyaya rəsmi şəkildə bildirilmişdi ki, Bakıdakı Rus Evinin fəaliyyəti bazar ertəsindən etibarən dayandırılacaq. Peskov jurnalistlərə açıqlamasında, "Biz (yəni, Rusiya) bundan məyus olmuşuq. Biz hesab edirik ki, bu, anlaşılmazlıqdır və ikitərəfli əlaqələr vasitəsilə həll edilə bilər," - deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31