Kreml: Rusiya Ordusunun Kurskdakı uğurunu yüksək qiymətləndirir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun Kursk bölgəsindəki əks-hücum cəhdlərinin qarşısını almaqda göstərdiyi fəaliyyətə yüksək qiymət verdiklərini bildirib.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl Kurskda "Şimal" qruplaşmasının Ukrayna ordusunun iki hücumunu dəf etdiyini açıqlamışdı. Bundan əlavə, Ukrayna hərbi bölmələrinin bir qismini Donbas cəbhəsindən Kursk istiqamətinə yönəltdiyi də qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31