Tramp Norveçə yeni səfir təyin etdi – keçmiş CIA əməkdaşı erməni əsillidir – ÖZƏL
14:52 DünyaABŞ-ın keçmiş prezidenti Donald Tramp Norveçdəki yeni səfirin kimliyini açıqlayıb. O, bu vəzifəyə erməni əsilli keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) əməkdaşı Maykl E. Kavukçianı təyin edib.
Olaylar.az xəbər verir ki, "Maykl E. Kavukçianın ABŞ-ın Norveç Krallığındakı növbəti səfiri olacağını elan etməkdən məmnunam. Maykl görkəmli vəkil, hazırda White & Case şirkətinin baş partnyorudur və qlobal kommersiya məhkəmə işlərinə rəhbərlik edir", - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, Kavukcian keçmişdə CIA-da əməliyyat əməkdaşı kimi xidmət edib. O Stenford Universiteti və Harvard Hüquq Məktəbinin məzunudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31