Sikorski: Putin Ukraynanı tərk etməlidir, yoxsa məhkəmə qarşısına çıxacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə jurnalistlərə açıqlamasında bildirib ki, onun məqsədi Putinin danışıqlarda iştirak etməsi yox, Ukraynanı tərk etməsidir.

"O, bunu beş dəqiqə ərzində edə bilər. Əgər etməsə, beynəlxalq məhkəmə qarşısına çıxacaq. BMT üzvü olan ölkələrin ərazisində onun yeri yoxdur."

Sikorski Rusiya rejiminin mahiyyətindən narahat olduğunu vurğulayıb və Putinin müharibəni davam etdirməyə üstünlük verə biləcəyini bildirib:

"Diktator rejimləri üçün müharibə onları vacib hiss etdirən vasitədir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31