Tramp Netanyahuya görə BCM-yə sanksiya tətbiq etdi
7 Fevral 2025 11:18 DünyaDonald Tramp ABŞ və onun müttəfiqləri, o cümlədən İsraillə bağlı araşdırmalara görə Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə sanksiyaları tətbiq edən sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.
Sərəncamda deyilir ki, BCM ABŞ və İsrailə qarşı qanunsuz və əsassız addımlar atıb:
"BCM hüquqi əsas olmadan yurisdiksiya bəyan edib və ABŞ, eləcə də bəzi müttəfiqlərin, o cümlədən İsrailə qarşı ilkin araşdırmalara başlayıb, Benyamin Netanyahu, həmçinin keçmiş müdafiə naziri Yoav Qallanta əsassız həbs orderi verməklə səlahiyyətlərindən sui-istifadə edib".
Vurğulanır ki, BCM-nin ABŞ və ya İsrail üzərində yurisdiksiyası yoxdur, çünki heç bir ölkə Roma Statutunun tərəfi və ya məhkəmənin üzvü deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31