ABŞ islahatlar aparmasa, gələcək müharibələri uduzacaq – Mask

Birləşmiş Ştatlar orudusunda təcili və radikal islahatlar aparılmasa, dövləti gələcək müharibələrdə məğlubiyyət gözləyir.

Olaylar.az xəbər verir ki, bu haqda amerikalı milyarder və Hökumət Effektivliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask "X" hesabında yazıb.

"Amerikanın silahlanma proqramları tam olaraq islahat prosesindən keçməlidirlər... Təcili və radikal dəyişikliklər edilməsə, növbəti müharibədə Amerika acı məğlubiyyətə düçar olacaq", - deyə o yazıb.

Mask hesab edir ki, hazırkı silahlanma strategiyası yalnız "dünənin müharibəsini aparmağa" imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31