ABŞ rəsmisi: "Ukrayna və Rusiya kompromislərə getməlidir" - ÖZƏL
10:45 Dünya"Ukrayna münaqişəsinin həlli üçün Kiyev və Moskva kompromislərə getməlidir".
Olaylar.az xəbər verir ki, by barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "The New York Post" qəzetinə müsahibəsində bildirib.
"Əslində, istənilən danışıqlarda hər iki tərəf güzəştlərə getməlidir - danışıqlar belə işləyir," - deyə Kelloq vurğulayıb. Onun sözlərinə görə, əldə olunacaq razılaşma hər iki tərəf üçün tam qənaətbəxş olmayacaq, lakin balans tapmaq vacibdir.
Kelloq qeyd edib ki, ABŞ prezidenti Donald Tramp müzakirələr başlamazdan əvvəl hərbi əməliyyatları dayandırmaq niyyətindədir. Onun sözlərinə görə, Ağ Evin əsas prioriteti döyüşlərin dayandırılmasıdır. Bundan sonra tərəflər gələcək addımları müzakirə edə bilərlər.
Eyni zamanda, Kelloq bildirib ki, ABŞ administrasiyası Rusiyanın neft sektoruna qarşı sanksiyaları gücləndirməyi nəzərdən keçirir. Vaşinqton hesab edir ki, bu cür təzyiqlər əlavə imkanlar yaradır.