Bolnisidə nə baş verir?
7 Fevral 10:32 DünyaPartiya sədrinin müavini Gürcüstan hökumətinə müraciət etdi
Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində ardıcıl olaraq oğurluq hadisələri baş verməkdədir. "Olaylar" xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli məlumat verib: "Nə baş verir. Doğrudan da çox ağırdı. Neçə illərdi, oğurluq hadisələri, ölüm hadisələri baş verir, ancaq bunun qarşısının alınması istiqamətində edilən müraciətlərin nəticəsi yoxdur. Məqsədlidir, yoxsa təsadüf ? İnanmaq olmur ki, bu qədər təsadüf işlər baş versin. Məqsəd insanları qorxutmaqdırmı, qatilləri artırmaq kimə lazımdır? Bəs nədən müvafiq orqanlar susur?
Doğrudanmı müvafiq orqanlar belə işlərin öhdəsindən gələ bilmirlər? Bakıda yaşayan Saraçlılar adından yeni seçilmiş əslən Bolnisi rayonundan olan həmyerlimiz Gürcüstan Respublikasının prezidenti hörmətli Mixeil Kavelaşvili cənabları, Gürcüstan respublikasının baş naziri hörmətli İrakli Kobaxidze cənablarına müraciət edirik. Xahiş edirik Saraçlıda baş verən olayları nəzarətə götürəsiniz. Neçə illərdi bu hadisələr baş versə də müvafiq orqanlar səssiz qalmaqdadır".