Polşa limanı Rusiya tankeri “Xatanganı” çıxarmağa məcbur oldu– ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın Gdynia dəniz idarəsi liman rəhbərliyinə 2017-ci ildən orada dayanan Rusiya tankeri "Xatanganın" ərazidən çıxarılmasını tapşırıb. Polşa İnfrastruktur Nazirliyinin məlumatına görə, gəmi istismardan çıxarılmış sayılır və gəmiçiliyin təhlükəsizliyi üçün risk yaradır. Tankerin üç ay ərzində limandan uzaqlaşdırılması tələb olunur.

1987-ci ildə İsveçin Malmö şəhərində tikilmiş "Xatanga" 2017-ci ildə Gdynia limanına daxil olub və texniki uyğunsuzluqlar səbəbindən saxlanılıb. Əvvəllər Murmansk Dəniz Donanmasına məxsus olan gəmi, şirkətin 2020-ci ildə iflas etməsindən sonra sahibsiz qalıb.

Bundan əvvəl NATO-nun Baltik dənizində dənizaltı rabitə xətlərinin təhlükəsizliyini gücləndirməsi fonunda Rusiyanın buna cavab verəcəyi bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31