Fransa Parisdəki “Rus Evi”nin hesablarını dondurub
6 Fevral 20:12 DünyaFransa Parisdəki "Rus Evi"nin hesablarını dondurub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bildirib.
Onun sözlərinə görə, Fransa hakimiyyəti Parisdəki Rus Evinin işini tamamilə bloklamağa çalışır.
"Hazırda Rusiya Evinin hesablarını dondurmaqla onun işini tamamilə dondurmağa cəhdlər edilir. Bu mövzuda fransızlarla çətin danışıqlar aparırıq, xüsusən ona görə ki, burada "Rus evi" qanuni əsaslarla, ikitərəfli müqavilə əsasında fəaliyyət göstərir. Eyni ilə Rusiyada da Fransız Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu, son həftələrdə baş verən hadisələrin mənfi inkişafıdır", - səfir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31