Fransa ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verdi - FOTO

Fransa ötən il tədarükünü elan etdiyi ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verib.

Olaylar oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu "X" hesabında paylaşım edib.

Lekornyu qeyd edib ki, 2024-cü il iyunun 6-da Emmanuel Makron Fransanın "Mirage 2000" təyyarələrinin Ukraynaya tədarükü barədə elan etmişdi.

"Bu təyyarələrdən birinciləri bu gün (6 fevral - red) Ukraynaya çatıb. Bu təyyarələrin göyərtəsində uzun aylar Fransada təlim keçən ukraynalı pilotlar var və indi onlar Ukrayna səmasının müdafiəsinə qoşulacaqlar", - deyə nazir qeyd edib.

O, Ukraynaya neçə təyyarənin gəldiyi barədə dəqiq məlumat verməyib.

Daha əvvəl Sebastyen Lekornu bildirmişdi ki, Ukraynaya qırıcıların çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31