Trampın ABŞ vətəndaşlığının verilməsi ilə bağlı fərmanına blok qoyuldu

ABŞ-nin Merilend ştatının federal məhkəməsi Ağ Ev rəhbəri Donald Trampın doğum haqqı əsasında Amerika vətəndaşlığının verilməsinin məhdudlaşdırılması ilə bağlı fərmanını naməlum müddətə əngəlləyib.

Olaylar.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Məlumata görə, federal hakim Debora Bordmen prezidentin fərmanının ləğv olunması ilə bağlı vəsatət qaldırmış bir sıra hüquq müdafiə təşkilatlarının birgə iddiasına baxdıqdan sonra Trapmın fərmanının müvəqqəti olaraq əngəllənməsi ilə bağlı qərar çıxarıb.

Hakimin qərarına əsasən, sözügedən fərman bilavasitə ABŞ konstitusiyasının 14-cü düzəlişinin mətninə ziddir. Trampın fərmanını müvəqqəti olaraq qüvvədən salan bu qərar bütün ölkə ərazisində keçərli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31