Yeni hakimiyyətə təslim oldu

Suriya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Şaar könüllü olaraq təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayaraq yeni hakimiyyətə təslim olub.

Olaylar xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

"Keçmiş nazir bildirib ki, o, könüllü təslim olub və Daxili İşlər Nazirliyinin qeyri-rəsmi və gizli həbsxanalara görə məsuliyyət daşımadığını, yalnız rəsmi həbsxanalara görə məsuliyyət daşıdığını vurğulayıb", - materialda qeyd edilir.

O, 2011-2018-ci illərdə nazir vəzifəsində çalışıb. /qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31