Polşa Ukraynaya hərbi qoşun göndərmək niyyətində deyil – Müdafiə Naziri – ÖZƏL

Polşa hakimiyyəti Ukraynaya hərbi qoşun göndərməyi planlaşdırmır. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosiniak-Kamış "Politico" nəşrinə müsahibəsində bildirib.

"Polşa əvvəldən açıq şəkildə bildirib ki, Ukraynaya hərbi kontingent göndərmək ssenarisini nəzərdən keçirmir", - deyə nazir qeyd edib.

Kosiniak-Kamışın sözlərinə görə, iyun ayında Haaqada keçiriləcək NATO sammitində Ukraynaya dəstək əsas müzakirə mövzularından biri olacaq. Bununla belə, o, Kiyevin alyansa qoşulmaq üçün dəvət alacağına şübhə ilə yanaşıb. Nazir bildirib ki, bu qərarın qəbul edilməsi üçün bütün üzv dövlətlərin yekdil razılığı tələb olunur, lakin bəzi ölkələr Ukraynada davam edən müharibə səbəbindən buna qarşı çıxır.

Yanvarın 23-də "Politico" nəşri Avropa ölkələrinin hələ də Ukraynaya hərbi kontingent göndərmək imkanını müzakirə etdiyini yazıb. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron 2024-cü ilin dekabrında ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş keçirib. Makronun Polşanı sülhməramlı qüvvələr göndərməyə razı salmağa çalışdığı, lakin Polşanın Baş naziri Donald Tuskun buna qarşı çıxdığı bildirilir. Nəticədə danışıqlar nəticəsiz qalıb.

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov isə bildirib ki, Ukraynaya xarici hərbi kontingentin göndərilməsi olduqca mənfi, hətta bərpa olunmaz nəticələrə gətirib çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31