Çin Qəzza sakinlərinin məcburi köçürülməsini rədd edir – ÖZƏL

Çin, Qəzza Sərhədində yaşayan sakinlərin məcburi köçürülməsini pisləyib və Fələstin məsələsinin iki dövlətli həllə uyğun siyasi müzakirələr yolu ilə həllini arzuladığını bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, mətbuat konfransında açıqlama verib.

Lin Jian, "Çin Qəzza sakinlərinin məcburi köçürülməsini rədd edir və bütün tərəfləri atəşkəs və müharibə sonrası idarəetmə dövrünü Fələstin məsələsini iki dövlət yanaşması əsasında siyasi həllə tərəf irəliləmək üçün bir fürsət olaraq istifadə etməyə çağırır," deyə bildirib. O, ABŞ Prezidenti Donald Trampın Qəzza sakinlərinin digər Yaxın Şərq ölkələrinə köçürülməsi barədəki bəyanatına cavab olaraq bu fikri söyləyib.

Əvvəlcə, Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, ABŞ, Qəzza Zolağının uzun müddətli idarəsini, onun yenidən qurulmasını və Yaxın Şərq Rivyerasına çevrilməsini nəzərdən keçirir. O, həmçinin, Fələstin ərazisinin sakinlərinin digər ərəb ölkələrinə köçməsinin ehtimalını yüksək qiymətləndirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31