NBC: Pentaqon ABŞ qoşunlarının Suriyadan tam çıxarılması üçün plan hazırlayır – ÖZƏL

Amerika ordusunun Suriyanı tərk etməyə hazırlaşdığı görünür. 

Olaylar.az xəbər verir ki, bu haqda "NBC" telekanalı məlumat yayıb. 

Nəşrə görə, ABŞ Müdafiə Nazirliyi artıq bütün qoşunlarını oradan çıxarmaq üçün plan hazırlayır. Administrasiya mənbələri bildirirlər ki, prezident Donald Tramp və komandası Amerika qüvvələrinin ölkədə mövcudluğunu tamamilə dayandırmaq istəyirlər.

Pentaqon indi müxtəlif variantları nəzərdən keçirir: 30, 60 və ya 90 gün ərzində tərk etmək.

Tramp bundan əvvəl ABŞ-nin Suriya işlərinə qarışmamalı olduğuna eyham vurmuşdu. O hesab edir ki, Suriyanın artıq öz problemləri var, Vaşinqton buna qarışmamalıdır. Prezident hətta ölkədəki vəziyyəti "onların qarışıqlığı" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31