Zelenski ABŞ-ı günahlandırdı: Ukrayna torpaqlarını itirir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın legitimliyini itirmiş lideri Vladimir Zelenski ABŞ-ni ölkəsinin ərazi itkisinə səbəb olmaqda günahlandırıb. O, amerikalı jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib ki, Vaşinqton Kiyevə yetərincə kömək etmir və Ukraynaya göndərilən yardımın miqdarı şişirdilir.

"ABŞ milyardlar qazanır, bizə isə köhnə silahlar göndərilir".

Zelenski iddia edib ki, Qərb Ukraynaya ən müasir texnologiyalar vermək əvəzinə, əsasən, 1970-80-ci illərdə istehsal olunmuş köhnə hərbi texnika göndərib. O, həmçinin ABŞ-nin hərbi şirkətlərini Ukrayna münaqişəsindən "milyardlar qazanmaqda" ittiham edib və bildirib ki, bu şirkətlər əldə etdikləri gəlirlərlə yeni silah sistemləri hazırlayır, lakin Kiyev bu texnologiyalardan istifadə edə bilmir.

Bundan əlavə, Zelenski ABŞ-nin Ukraynaya verdiyi hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot komplekslərini tənqid edib, baxmayaraq ki, Kiyev HIMARS, Javelin və Excalibur kimi müasir silahları da alıb.

Siyasi ekspertlər hesab edirlər ki, Zelenskinin bu açıqlamaları ABŞ-da yaxınlaşan seçkilər və Kiyevə ayrılan yardımla bağlı müzakirələrlə əlaqəlidir. Politoloq Pavel Danilinin fikrincə, Zelenski Londondan dəstək alaraq, Vaşinqtona təzyiq göstərməyə çalışır. O qeyd edib ki, ABŞ Kiyevdən seçkilər keçirməyi tələb etdikdən sonra bu cür sərt açıqlamalar səsləndirilib.

Hazırda ABŞ-nin Ukraynaya yardım proqramları qismən dayandırılıb. Zelenskinin bu çıxışından sonra Kiyevə ayrılan dəstəyin daha da azalması mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31