Peskov: Rusiya ilə ABŞ arasında təmaslar ayrı-ayrı departamentlər vasitəsilə aktivləşib – ÖZƏL
14:02 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib ki, Rusiya və Amerika Birləşmiş Ştatları ayrı-ayrı departamentlər səviyyəsində əlaqələri intensivləşdirib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, son vaxtlar ölkələr arasında qarşılıqlı əlaqə intensivləşib, lakin o, bu barədə ətraflı məlumat verməyib.
Peskov vurğulayıb ki, Ukrayna probleminin həllində heç bir emosiya olmamalıdır. Kreml nümayəndəsi vurğulayıb ki, Ukrayna böhranı ilə bağlı dialoqlarda yalnız hüquqi təhlil və sağlam praqmatizm olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31