Türkiyə, Suriya, İraq və Ürdün "İslam Dövləti" ilə mübarizə üçün birgə mexanizm yaradacaq – ÖZƏL
13:23 DünyaOlaylar.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Türkiyə, Suriya, İraq və Ürdünün "İslam Dövləti" (İD) ilə mübarizə aparmaq üçün birgə mexanizm yaratmaq məqsədilə razılığa gəldiyini bildirib. Fidan, daha əvvəl Ürdün və İraq həmkarları ilə bu məsələni müzakirə etdiyini qeyd edib.
Nazir bildirib ki, bu mexanizm çərçivəsində regional təhlükəsizlik məsələləri, xüsusilə İD-ə qarşı mübarizə müzakirə ediləcək. İlk toplantının yaxın vaxtlarda Ürdündə keçirilməsi planlaşdırılır. Hakan Fidan mexanizmə iştirak edəcək tərəfdaş ölkələrin müdafiə nazirləri və kəşfiyyat təşkilatlarının rəhbərlərinin də cəlb ediləcəyini açıqlayıb.
Qeyd edək ki, "İslam Dövləti" (İD) Rusiyada və bir sıra digər ölkələrdə terror təşkilatı olaraq qadağan edilib.