Maskın idarə etdiyi departamentin fəaliyyəti qanunsuz ola bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, The Washington Post yazır ki, İlon Maskın idarə etdiyi ABŞ Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) bir çox addımları federal qanunları poza bilər.

Maliyyə və Təhsil Nazirlikləri, Ağ Evin administrativ-büdcə idarəsi və digər qurumlar DOGE-nin hökumət sistemlərinə və vətəndaşların şəxsi məlumatlarına çıxış əldə etməsi, eləcə də süni intellektin dövlət bazalarında istifadəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Departamentin "zərbə qrupu" kimi fəaliyyət göstərməsi və rəsmi qaydalara əməl etməməsi də narazılığa səbəb olub.

Bundan əvvəl Çak Şumer DOGE-nin hökumət xərclərini idarə etmək, proqramları bağlamaq və qanunları görməzdən gəlmək səlahiyyətinə malik olmadığını bildirmiş, Mask isə onun reaksiyasını "isterik" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31