Ermənistanda kiçik və orta bizneslər vergi artımına qarşı aksiya keçirirlər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın kiçik və orta biznes nümayəndələri dövriyyə vergisinin artırılmasına qarşı hökumət binası önündə yenidən aksiya keçirirlər. 1 yanvardan etibarən dövriyyə vergisi 5%-dən 10%-ə yüksəldilib. Aksiya iştirakçıları bildirirlər ki, yeni vergi qaydaları artıq onların yükünü ağırlaşdırıb.

Bir sərgi işçisi jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan sakinlərinə qarşı vergi terroru həyata keçirilir. "Biz vergi ödəməkdən yayınmırıq, amma hökumətin etdikləri - təmiz maliyyə terrorudur. Satdığımız idxal məhsulları artıq vergi ödəyir, indi isə dövriyyə üçün iki dəfə daha çox ödəməliyik," - deyə o qeyd edib.

Biznes sahibləri hesab edirlər ki, vergilərdəki dəyişikliklər ölkədə kiçik və orta biznesin bağlanmasına səbəb olacaq. Paytaxt bazarlarının birində çalışan bir şəxs bildirib ki, keçən həftə o və bəzi həmkarları hökumət nümayəndələri ilə görüşüblər, lakin görüşün nəticələrindən razı qalmayıblar. Ümumi razılığa gəlmək mümkün olmayıb.

O, həmçinin bildirib ki, görüş zamanı vergi dəyişiklərinin təxirə salınmasını və vəziyyətin araşdırılmasını xahiş ediblər, amma rədd cavabı alıblar. Həmçinin, iş adamları ümumi inventarizasiya və gəlirlərin bəyan edilməsi tələbindən də narazıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31