Kosaçev: ABŞ-nin siyasəti yeni dövrdə daha sərt olacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev hesab edir ki, yeni rəhbərlik dövründə ABŞ-nin siyasəti daha sərt və praqmatik olacaq. O, Birləşmiş Ştatların BMT-nin İnsan Haqları Şurasından çıxmasını şərh edərkən bildirib ki, Donald Tramp yalnız ABŞ-nin maraqlarına xidmət edən qərarları düzgün hesab edir və bu, dünyada yeni çalxalanmalara səbəb olacaq.

Kosaçevin sözlərinə görə, Vaşinqton bu qurumu Rusiyaya beynəlxalq təzyiq vasitəsi kimi istifadə etdiyi müddətcə onu dəstəkləyirdi. Lakin İnsan Haqları Şurası obyektiv mövqe sərgiləməyə çalışanda ABŞ onu qərəzli olmaqda ittiham etdi.

Senator əlavə edib ki, Rusiya artıq belə "təkqütblü dünyanın grimaslarına" alışıb. O, ABŞ-nin müttəfiqlərinin tezliklə "külək səpənin fırtına biçəcəyini" anlayacaqlarını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31