Aİ Polşanın baş nazirinin miqrasiya siyasətini pisləyir - ÖZƏL

Avropa Parlamentinin (AP) fransalı üzvləri Fabris Leqqeri və Jan-Pol Qarro Polşanın baş naziri Donald Tuskun miqrasiya siyasətini və onun müsəlmanların Avropa İttifaqına (Aİ) daxil olmasının qarşısını almaq niyyətlərini kəskin şəkildə pisləyiblər.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının Avropa Komissiyasına (AK) müraciətində deyilir.

"2 iyul 2023-cü ildə yayımlanan videoda o zaman mərkəzçi Vətəndaş Platformasının (Avropa Xalq Partiyasının bir hissəsi) lideri Donald Tusk mövcud hökuməti "müsəlman ölkələrindən" minlərlə miqrantın Polşaya daxil olmasına icazə verdiyinə görə tənqid etdi. O, həmçinin Afrika və Yaxın Şərqdə bir neçə ölkə də daxil olmaqla 21 ölkənin vətəndaşları üçün viza rejimini asanlaşdırmaq üçün təklif olunan layihəyə qarşı çıxıb. Başqa sözlə, o, müsəlmanların Polşaya girişini qadağan edən siyasətin tərəfdarı idi. O, həmçinin Aİ-nin Sığınacaq və Miqrasiya haqqında Pakta daxil edilmiş Aİ-nin məskunlaşma proqramı ilə razılaşmadığını ifadə edib və onu "Polşanın təhlükəsizliyinə təhdid" adlandırıb", - Avropa Parlamentinin üzvləri xatırladıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31