Sərxoş kişi yeddi aylıq körpəni beton döşəməyə atıb - ÖZƏL

Sankt-Peterburqda sərxoş kişi körpəni beton döşəməyə atıb. 

Olaylar.az xəbər verir ki, bu barədə "İzvestiya"ya mənbə məlumat verib .

"Hadisə şəhərdəki binalardan birinin giriş qapısında baş verib. Hücumçu körpəsi olan qadını görüb və bundan sonra uşağı öldürməyə cəhd edib", - mənbə bildirib.

Onun sözlərinə görə, xəsarət alan yeddi aylıq körpə klinikaya aparılıb, ona döş sümüyünün sınığı, katatravma və kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər uşağın həyatı üçün mübarizə aparır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Hadisəni törədənin ilkin olaraq 36 yaşlı, əvvəllər məhkum olunmuş kişi olduğu müəyyən edilib. Cinayət işinin başlanması məsələsi həll edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31