Volodin: Ukraynalılar ABŞ-nin biolaboratoriyalarında işgəncələrə məruz qalıb– ÖZƏL
10:42 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-nin Ukrayna ərazisindəki biolaboratoriyalarında yerli sakinlərin "bəşəriyyətə qarşı cinayətlərə" məruz qaldığını iddia edib. O, bu barədə Telegram kanalında paylaşım edib və ABŞ-nin keçmiş prezidenti Co Baydenlə Ukrayna lideri Vladimir Zelenskini ukraynalıları "sınaq obyektinə çevirməkdə" günahlandırıb.
Volodin bildirib ki, ABŞ-nin biolaboratoriyalar şəbəkəsi Ukraynada aşkar edilib və bu tədqiqatları Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyələşdirib. Onun sözlərinə görə, Bayden administrasiyası bu tədqiqatların arxasında dayanıb və bu qurum "əsl kriminal şəbəkə" kimi fəaliyyət göstərib.
Xatırladaq ki, yeni ABŞ administrasiyası USAID-in bağlanmasını planlaşdırır.