Trampın sərəncamı ABŞ-də trans prosedurlarını dayandırdı– ÖZƏL
10:19 DünyaOlaylar.az xəbər verir ki, 28 yanvarda Donald Trampın 19 yaşdan aşağı şəxslər üçün cinsiyyət dəyişdirmə prosedurlarını qadağan edən sərəncamı imzalamasından dərhal sonra bir çox xəstəxana bu xidmətləri dayandırıb.
Bu qərarla birlikdə federal maliyyələşdirmə tamamilə dayandırılıb və artıq həkimlər üçün bu prosedurlar ciddi hüquqi risk daşıyır. Sərəncamda bu prosedurlar "kimyəvi və cərrahi zədə" kimi təsvir edilir və zərərçəkənlərə tibbi personalı məhkəməyə vermək imkanı yaradılır.
Lakin bu sərt qərarın çətinlikləri də var. Cinsiyyət keçidini başlamış şəxslər üçün nə ediləcəyi bəlli deyil. Hormonal müalicələr kəsildiyi üçün sağlamlıq problemləri yarana bilər. Uzunmüddətli təsirlər isə bəzi insanları ömürlük müalicəyə möhtac edə bilər.
Bəzi ekspertlər bu qərarın cəmiyyətin gələcəkdə bu cür sosial təcrübələrə daha skeptik yanaşmasına səbəb olacağını düşünürlər.