ABŞ xarici yardım proqramlarını bərpa etdiyini açıqlayıb - ÖZƏL

Birləşmiş Ştatlar xarici yardımın dondurulması ilə bağlı geniş istisnalar etdi və proqramlarının əksəriyyətini bərpa etdi. 

Olaylar.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio danışıb .

"Biz xarici yardımı dondurmuşuq ki, bu proqramları nəzərdən keçirək. Bu gün biz burada tam əsaslandırılmış proqramlar üçün istisnalar etmişik", - deyə dövlət katibi bildirib.

Rubio bildirib ki, istisnalar ilk növbədə ABŞ-ı daha təhlükəsiz və güclü edən proqramlara yönəlib. Eyni zamanda, ABŞ xarici yardımdan tamamilə imtina etmək niyyətində deyil. Yeni administrasiya yalnız onu daha "mənalı" və milli maraqlara uyğunlaşdırmağa çalışır.

Bundan əvvəl Marko Rubio ABŞ hökumətini xeyriyyə təşkilatı adlandırmamağa çağırıb . Onun sözlərinə görə, Donald Tramp administrasiyası hazırda xarici yardım proqramlarını aktiv şəkildə nəzərdən keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31