ABŞ ordusunun 2 təyyarəsi Yaponiyada təcili eniş etdi

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) iki təyyarəsi Matsuyama şəhərinin hava limanında təcili eniş edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Təyyarələrin modeli dəqiqləşdirilməyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Yaponiyada ölkədə yerləşdirilmiş ABŞ hərbi aviasiyası ilə bağlı vaxtaşırı kiçik insidentlər baş verir ki, bu da yerli əhali və regional hakimiyyət orqanlarının narazılığına və narahatlığına səbəb olur. /Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31