Separatçıların “bayrağı” meydandan götürüldü, Xaçartyan QƏZƏBLƏNDİ
20:02 DünyaQarabağdakı keçmiş qondarma rejimə məxsus "işarə və simvollar" Ermənistan ərazisindən tədricən yığışdırlır, unudulur.
Olaylar.az xəbər verir ki, bu günlərdə Eçmiədzindəki Komitas meydanından qondarma "artsax bayrağı" da götürülüb.
Məlumatı sosial şəbəkədə "Eçmiədzin" blokunun sədri Sevak Xaçatryan yazıb.
O, Ermənistanda separatçılara məxsus simvollara qarşı bu cür hərəkəti pisləyib.
"Biz bu vandalizmi törədənlərin tapılıb məsuliyyətə cəlb olunmasını təmin edəcəyik...", - deyə Sevak Xaçatryan hiddətini ifadə edib. (modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31