Stoltenberq Norveçin maliyyə naziri təyin edildi

NATO-nun sabiq rəhbəri Yens Stoltenberq Norveçin maliyyə naziri təyin edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, onun təyinatını Norveç hökuməti təsdiq edib.

Məlumat üçün qeyd edək ki, Yens Stoltenberq 1990-cı ildə Norveçin Ətraf Mühit Nazirliyinin dövlət katibi vəzifəsini tutub. 2000-ci ildə o, Norveç tarixində ən gənc baş nazir olub (41 yaş). 2014-cü ildə NATO-nun baş katibi seçilib. Ötən il oktyabrın 1-də postunu tərk edib. Onu bu vəzifədə Niderlandın keçmiş baş naziri Mark Rutte əvəzləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31