ABŞ dövlət məmurları Trampın addımlarına görə demoralizə olub – ÖZƏL
16:34 DünyaABŞ dövlət qurumlarında çalışan məmurlar prezident Donald Trampın addımları səbəbindən demoralizə olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri hökumət aparatındakı mənbələrinə istinadən yazır.
Məqalədə bildirilir ki, bir çox amerikalı dövlət qulluqçusu işə getmək və yeni prezidentin göstərişlərini yerinə yetirmək istəmir.
"Bir sıra federal dövlət qulluqçuları qorxu içində yaşadıqlarını, lakin Ağ Evdən gələn və qanunsuz hesab etdikləri hər hansı göstərişləri görməməzliyə vuracaqlarını bildiriblər", - deyə nəşrin analitikləri qeyd ediblər.
Bundan əlavə, məqalədə vurğulanır ki, Trampın dövlət məmurlarına uzaqdan işləməyi qadağan etməsi və inklüzivlik mövzusunun təbliğinə qarşı çıxması narazılığa səbəb olub.
Xatırladaq ki, Tramp inauqurasiyadan dərhal sonra kütləvi ixtisarların başlayacağını açıqlamışdı. O, ən azı 1 000 nəfərin işdən çıxarılacağını bildirmişdi. Prezidentin fikrincə, bu şəxslər yeni administrasiyanın tələblərinə cavab vermir.