Mariya Zaxarova: “USAID-in xərcləmə sxemləri şizofreniya xarakteri daşıyırdı “– ÖZƏL

ABŞ Milli İnkişaf Agentliyinin (USAID) xərcləmə sxemləri şizofreniya xarakteri daşıyırdı. Üstəlik, onlar təkrar sui-istifadələrlə müşayiət olunub. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

Diplomat vurğulayıb ki, USAİD LGBT gündəmini təbliğ etmək niyyətindən açıq şəkildə danışıb. Ona görə də Barak Obamanın ABŞ-də prezidentliyi dövründə bu mövzu əsas mövzulardan birinə çevrilib. Nəticədə agentlik bunun üçün külli miqdarda vəsait ayırmağa başlayıb.

Məsələn, Qvatemalada cinsiyyətin dəyişdirilməsi əməliyyatı və LGBT aktivliyinə iki milyon dollar, Serbiyanın iş yerlərində və biznes icmalarında "bərabərliyin və inklüzivliyin" təşviqinə bir yarım milyon dollar xərclənib. USAID həmçinin Peruda transgender komikslərinə və Kolumbiyada analoji operaya pul xərcləyib.

Üstəlik, bütün xərclər rəsmən təsdiqlənib.  Zaxarova vurğulayıb ki, məlumat Ağ Ev tərəfindən dərc edilib.

"Dünən Ağ Ev internet saytında xüsusi rəsmi mesajda şizofrenik xərcləmələr və USAİD-dən sui-istifadə ilə bağlı bir neçə misal gətirdi (bunu böyük hərflərlə yazmışdılar), belə israfçılığın onilliklər boyu davam etdiyini vurğuladı", - deyə rəsmi nümayəndə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31