Tramp USAID-i bağlayır: fondun vəsaitləri hara gedirdi?– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp USAID-in fəaliyyətini dayandırır. Ağ Evin yeni sözçüsü Kerolayn Levitt bildirib ki, agentlik 50 milyard dollarlıq büdcəsini qeyri-adi layihələrə xərcləyib. Məsələn:
    •    Serbiyada inklüzivlik təşviqinə - 1,5 milyon dollar
    •    İrlandiyada LGBT-myuzykla - 70 min dollar
    •    Kolumbiyada "trans-opera"ya - 47 min dollar
    •    Peruda transgender komiksinə - 32 min dollar
    •    Gvatemalada cinsiyyət dəyişmə və LGBT aktivizmə - 2 milyon dollar

Bundan başqa, USAID rəngli inqilabların maliyyələşdirilməsi ilə də məşğul olub. Elon Maskın sözlərinə görə, agentlik əslində Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) filialı kimi fəaliyyət göstərib və ABŞ-nin maraqlarına qarşı çıxan ölkələrdə çevrilişlərə dəstək verib.

Məsələn, USAID Gürcüstanda etirazları, Rusiyada xarici agentləri və 2009-2012-ci illərdə Kubada qiyamları maliyyələşdirib. ABŞ-nin səhiyyə naziri postuna namizəd Robert Kennedinin sözlərinə görə, Ukraynadakı Maydan inqilabına 5 milyard dollar ayrılıb.

Tramp USAID-in onu qaralayan mediaya dəstək verməsini də əsas gətirərək təşkilatın bağlanmasını istəyir. Hazırda fondun rəhbərliyi işdən çıxarılıb, əməkdaşlar məzuniyyətə göndərilib. Mask təşkilatın tam bağlanmasını təklif etsə də, Tramp onu Dövlət Departamentinə tabe etmək variantını da nəzərdən keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31