Polşanın müdafiə naziri: Polşa qoşunlarının Ukraynaya göndərilməsi mümkün deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Polsat TV kanalına müsahibəsində Polşa qoşunlarının Ukraynaya göndərilməsini real hesab etmədiyini bildirib.

"Belə bir ssenarini təsəvvür etmək çətindir, biz bununla bağlı heç bir plan hazırlamırıq," - deyə nazir Polşa hərbçilərinin sülhməramlı missiya çərçivəsində Ukraynaya göndərilməsi ehtimalı barədə suala cavab verib.

Kosiniak-Kamış əlavə edib ki, "Rusiya ilə sərhəddə olan heç bir ölkə üçün Ukraynaya qoşun yeritmək əlverişli qərar olmaz."

Onun sözlərinə görə, Ukraynada sülhün təmin olunması üçün ən yaxşı yol Avropa və ABŞ şirkətlərinin investisiyalarını artırmasıdır. "Donald Tramp administrasiyası da bu istiqamətdə müəyyən addımlar atır və müxtəlif təbii ehtiyatlar barədə danışır," - deyə Polşa müdafiə naziri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31